bələdiyyə qulluqçusu

Yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir

bələdiyyə qulluğu
bələdiyyə mülkiyyəti
OBASTAN VİKİ
Bələdiyyə
Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir. Yerli əhali — Bələdiyyə ərazisində daimi yaşayan əhali. Yerli referendum — Əhalinin yerli səsverməsidir. Bələdiyyə mülkiyyəti — bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur.
Dövlət qulluqçusu
Dövlət qulluqçusu — müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən dövlətinə sadiq olacağına and içən vətəndaşdır.
Azərbaycanda bələdiyyə
Azərbaycanda bələdiyyə — Azərbaycanda yerli özünüidarəetmə forması. Azərbaycanda bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. == Seçkilər == Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilmişdir və beşinci dəfə isə 2019-cu ildə keçirilmişdir. 2006-cı ildə isə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbi ilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirildi. 2011-ci ildə nəticələri ləğv olunan bələdiyyələrdə 1901 bələdiyyə üzvü üçün təkrar seçkilər keçirildi. === Qadınlar === 2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxıb. == Siyahı == == Mənbə == Bələdiyyə statusu haqqında Azərbaycan Respublikasının qanunu.
Bələdiyyə başçısı
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Bələdiyyə muzeyi
Bələdiyyə muzeyi — Təbrizdə muzey 2007-ci ildə Təbrizdə açılıb. Muzey Təbrizin bələdiyyə binasının zirzəmisində yerləşir. Muzeyə giriş pulsuzdur.
Bələdiyyə mülkiyyəti
Bələdiyyə mülkiyyəti — torpaq sahələri, daşınar və daşınmaz əmlaklar daxil olan bələdiyyənin əmlak kompleksidir. Bələdiyyə forması adından bələdiyyə mülkiyyətinə sərəncam vermə səlahiyyətləri daxilində yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. == Ədəbiyyat == Г. Ю Ивлева.
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
E-bələdiyyə
Elektron bələdiyyə
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Bakı Bələdiyyə Teatrı
Bakı Bələdiyyə Teatrı — Azərbaycan aktrisası Amaliya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə yaranmış teatr. == Tarix == == Müasir Bakı Bələdiyyə Teatrı == == Vacib tarixlər == 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılmışdır. 2002-ci ilin 7 noyabrında Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə 23 aktyora fəxri adlar verilmişdir. 2010-cu il 11 oktyabrda yazıçı Anarın "Qaravəlli" pyesi əsasında hazırlanmış eyni adlı tamaşasının premyerası olub. 2010-cu il 8 noyabrda "Dostluq" kinoteatrında ilk məşqə başlanılıb. 2011-ci il 16 mayda Məhəmməd Əsəd bəy "Əli və Nino" romanı əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.(tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb) == Yaradıcı heyət == Vaqif Əliyev (xalq artisti) Şahzadə Babayeva (əməkdar artist) Aydın Əliyev (əməkdar artist) Rafiq İbrahimov (əməkdar artist) Əfqan Soltanov (əməkdar artist) Tofiq Bayramov (əməkdar artist) Mahirə Yaqubova (əməkdar artist) Elxan Rza (fəxri mədəniyyət işçisi,əməkdar artist) Tural Ağayev Arzu Şuşanova Ramin Şıxəliyev İlqar Musayev Hüsniyyə Mürvətova (əməkdar artist) Əhməd Salahov (əməkdar artist) Təzəgül Məmmədova (əməkdar artist) Toğrul Rza Səmayə Sadıqova (əməkdar artist) Vüqar Vəlixanov Zemfira Səidi İsmayıl Atakişiyev Namiq Cavadov Asif Rəhimov Zaur Həmidov Ələkbər ƏliyevDünyasını dəyişmişlər Yusif Muxtarov (xalq artisti, Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru) Muxtar Avşarov (xalq artisti) Sofa Bəsirzadə (xalq artisti) Məhluqə Sadıqova (xalq artisti) Firudin Mehdiyev (əməkdar artist) Mirvari Novruzova (əməkdar artist) == Teatrın repertuarı == == Mənbə == Mükərrəmoğlu, M. “Bakı Bələdiyyə Teatrının 10 yaşı tamam olur” [Bayram ərəfəsində teatrın 23 sənətçisi respublika Prezidenti Heydər Əliyevin fərmanı ilə fəxri adlara layiq görülmüşdür] //Xalq.- 2002.- 9 noyabr.
Bələdiyyə istiqrazlarının sığortalanması
Rusiyanın bələdiyyə bölmələri
Bələdiyyə bölmələri — Rusiyada yerli özünüidarəetmənin həyata keçirildiyi, yəni əsasən yerli məsələlərin həll olunduğu bir yaşayış məntəqəsidir. Bir yaşayış məntəqəsində yerli özünüidarəetmə yerli əhəmiyyəti olan məsələlərin həlli üçün bilavasitə əhali tərəfindən və (və ya) seçilmiş və digər yerli idarəetmə orqanları vasitəsi ilə həyata keçirilir. 2014-cü ilin may ayından etibarən Rusiya Federasiyasının qanunvericiliyi yeddi növ bələdiyyənin yaradılması imkanını təmin edir. Bələdiyyələr Rusiya Federasiyasının təsis qurumlarının qanunları ilə qurulur, ləğv edilir və ya dəyişdirilir. Bəzi tip bələdiyyələr digər növ bələdiyyələrin bir hissəsidir. Bələdiyyələr Rusiya Federasiyası boyunca mövcuddur. Sahə baxımından Rusiyada ən böyük bələdiyyə qurumu, əhali baxımından Taimyr Dolgano-Nenets bələdiyyəsi, əhali baxımından — Novosibirsk şəhər rayonudur. == Bələdiyyələrin növləri == "Rusiya Federasiyasında yerli özünüidarəetmə təşkilatının ümumi prinsipləri haqqında" 6 oktyabr 2003-cü il tarixli 131-FZ Federal Qanununun 2-ci maddəsinə uyğun olaraq, Rusiya Federasiyasında 5 növ bələdiyyə mövcud idi: kənd qəsəbəsi — ümumi ərazi ilə birləşdirilmiş bir və ya bir neçə kənd yaşayış məntəqəsi (qəsəbələr, kəndlər, stanitsalar, kəndlər, fermalar, kəndlər, kəndlər və digər kənd yaşayış məntəqələri), daha az hallarda yerli özünüidarəetmənin əhali tərəfindən bilavasitə və (və ya) seçmə və digər vasitələrlə həyata keçirildiyi şəhər tipli qəsəbələr. yerli idarəetmə orqanları; Sovet dövrünün kənd məclislərinə və sovetdən əvvəlki dövrün zemstvoslarına uyğundur; kənd qəsəbəsi bir bələdiyyə rayonuna daxildir; şəhər qəsəbəsi — kiçik bir şəhər və ya şəhər tipli qəsəbə, daha az tez-tez yerli özünüidarəetmə orqanlarının birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsi ilə həyata keçirildiyi kənd yaşayış məntəqəsi; şəhər rayonları olmayan şəhər yaşayış məntəqələri bələdiyyə rayonlarına daxildir; bələdiyyə rayonu — fərdi dövlət tərəfindən həyata keçirilə bilən seçilmiş və digər yerli özünüidarəetmə orqanlarının vasitəsi ilə birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə əhali tərəfindən qəsəbələrarası xarakterli yerli əhəmiyyətə malik məsələlərin həlli məqsədi ilə ümumi ərazi ilə birləşdirilmiş, sərhədləri daxilində yerli özünüidarəetmənin həyata keçirildiyi bir neçə yaşayış məntəqəsi (kənd və / və ya şəhər) və qəsəbədaxili ərazilər federal qanunlar və Rusiya Federasiyasının təsis qurumlarının qanunları ilə yerli özünüidarəetmə orqanlarına verilmiş səlahiyyətlər; şəhər dairəsi — bələdiyyələr olmayan ümumi bir ərazi ilə birləşdirilmiş bir və ya bir neçə yaşayış məntəqəsi, yerli özünüidarəetmə əhali tərəfindən birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsi ilə yerli özünüidarəetmə orqanlarına federal qanunlar və Rusiya Federasiyası subyektlərinin qanunları ilə verilmiş bəzi dövlət səlahiyyətlərini həyata keçirə bilən orqanlar vasitəsilə həyata keçirilir. Federasiya, belə bir bələdiyyə əhalisinin ən azı üçdə ikisi şəhərlərdə və (və ya) digər şəhər yaşayış məntəqələrində yaşadığı halda (müddət 1 may 2019-cu ildən yenidən işlənmişdir yeni bir bələdiyyə rayonu — bələdiyyə rayonu); federal əhəmiyyətli bir şəhərin şəhərətrafı ərazisi (federal əhəmiyyətli bir şəhərin daxili bələdiyyə təşkili) — federal əhəmiyyəti olan bir şəhər ərazisinin bir hissəsi, hüdudlarında yerli özünüidarəetmə bilavasitə və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə əhali tərəfindən həyata keçirilir.
Təbriz Bələdiyyə Sarayı
Təbriz Bələdiyyə Sarayı 1936–1940 illəri ərzində Təbrizin o dönəmdə olan bələdiyyə rəisi Ərfə-ülmük Cəlili tərəfindən inşa edilmişdir.İkinci Dünya müharibəsi zamanı Azərbaycan Milli Hökumətinin mərkəzi olaraq istifadə edilmişdir. Azərbaycan Milli Hökuməti dönəmindən qalan bir sıra sənədlər bu binanın muzey bölməsində saxlanılır.Sarayın saat qülləsinin hündürlüyü 30 metrdir və memarlıq baxımından o dönəmdə alman memarlığından ilham alması diqqət çəkir. Binaya yuxarıdan baxındığında bir uçan qartal şəklində olduğu məlum olur.
Ev qulluqçusu (film, 2011)
Ev qulluqçusu (ing. The Help) — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmidir. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir. Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri Stinbörgen və Anna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır. Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir. == Məzmun == 1963-cü ildə Missisipi ştatının Cekson şəhərində, qaradərili qulluqçu Eybilin Klark (Viola Devis) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yeganə oğlunun həlak olmasından sonra, öz gələcək həyatını ağ dərili uşaqların böyüdülməsi və tərbiyəsində görür.
Vahid Hacıyev (dövlət qulluqçusu)
Vahid Rasim oğlu Hacıyev (19 aprel 1983, Bakı) — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi. == Həyatı == Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini almışdır. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Rus, İngilis dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlamışdır. 2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007–2010-cu illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır. 2017–2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutmuşdur. Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışmışdır.
Elçin Zeynalov (dövlət qulluqçusu)
Elçin Razim oğlu Zeynalov (21 sentyabr 1970, Bakı) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən). == Həyatı == Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Azərbaycanda Bələdiyyə seçkiləri (2009)
Azərbaycanda bələdiyyə seçkiləri (2009) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 3-cü ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Seçkilərdə öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamına əsasən ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin bir çoxu birləşdirilərək yenidən təşkil olunmuşdur. Müvafiq sərəncamdan sonra bələdiyyələrin sayı 2757-dən 1718-ədək azaldılmışdır. Bu seçkilərdə, həmçinin, 6 oktyabr 2006-cı il tarixində Azərbaycanda keçirilmiş təkrar, əlavə və yəni bələdiyyə seçkilərində seçilmiş, səlahiyyətləri 2011-ci ildə bitməli olan 81 bələdiyyə də seçki qərarı alaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş və bu bələdiyyələrdə də seçkilər keçirilmişdir.Naxçıvan Muxtar Respublikası üzrə isə 215 bələdiyyə birləşdirilərək 171-ə endirilmişdir.Seçkilərə 1 ay qalmış, 29 noyabr 2009-cu il tarixində Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova ölmüşdür. == Seçki sistemi == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Maunt Kisko bələdiyyə kompleksi
Maunt Kisko bələdiyyə kompleksi — Kisko dağında yerləşən milli tarixi bir bölgədir. Ərazidə iki bina mövcuddur: Maunt Kisko şəhər və kənd zalı (1932) və Amerika Birləşmiş Ştatları Poçt İdarəsi (1936). Hər ikisi də Kolonial intibah memarlığı üslubundadır. Şəhər və kənd zalı hörülmüş bir çadır damı ilə doldurulmuş, əhəngdaşlı bir təməl üzərində iki mərtəbəli, çarpaz formalı kərpic binadır. Onun səkkizbucaqlı saat qülləsi var. Kənd kitabxanası 1960-cı il ayrı, bitişik bina inşa edilənə qədər binanın ikinci mərtəbəsində fəaliyyət göstərirdi. Binanın birinci mərtəbəsində əvvəllər polis bölməsi və kiçik bir həbsxana yerləşirdi. Poçt şöbəsi bir mərtəbəli kərpic binadadır. 1936-cı ildə rəssam Tomas Donnelli tərəfindən hazırlanan "Maunt Kisko" tarixini əks etdirən fresklər var. 1997-ci ildə Tarixi Yerlərin Milli Reyestrinə əlavə edildi.
Ərdəbil Bələdiyyə Futbol Klubu
باشگاه فوتبال شهرداری اردبیل یکی از زیرمجموعه‌های باشگاه فرهنگی ورزشی شهرداری اردبیل است که در سال ۱۳۷۷ در اردبیل تأسیس شد. Bu klub Ərdəbil şəhərinin ən populyar və ən populyar klubudur ki, bu komanda son illərdə anonim olmasına baxmayaraq, hələ də öz azarkeşlərini saxlayır. Bu qara pişik komandası Abadan Mes Kerman və digər komandaların böyük neft sənayesi komandalarıdır == Mövsümün performansı == 1389-1990-cı illər mövsümündə Ərdəbil Bələdiyyəsi Zob Ahan Ərdəbilin güzəştini almaqla iki ölkənin rəqabətinə girdi. 1395-1996 və 1396-1997-ci illər mövsümlərində Ərdəbil Bələdiyyəsi öz yarışlarını Mavi Poşan Ərdəbil adı ilə geri qaytardı. = Ərdəbil bələdiyyəsinin futbol komandasının canlanması = İran Futbol Federasiyasının rəhbəri və liqa təşkilatının razılığına əsasən, Ərdəbil bələdiyyəsinin futbol komandasına ölkənin 3-cü liqa liqasının futbol matçlarında iştirak etmək üçün yenidən icazə 2018-ci ilin yanvar ayında verilib. Amma mövsümün ortasında yarışdan çıxdığına görə, qanuna əsasən, bu komanda iki aşağı pilləyə, yəni əyalət liqasına düşüb. Ərdəbil şəhərinin meri 16.09.1400 tarixində Ərdəbil bələdiyyəsinin böyüklər futbol komandasının dirçəldilməsi üçün lazımi tədbirlərin görüldüyünü və ümid edilir ki, yaxın gələcəkdə şəhər İslam Şurası və İslam Şurasının dəstəyi ilə bu komandanın ölkə futbol yarışlarına qayıtmasına zəmin yaradaraq, bir daha görünəcək.İdmansevər Ərdəbil şəhərinin əziz və qədirbilən gənclərinin ruhuna sevinc və ümid bəxş edək. Ərdəbil şəhərinin meri, həmçinin idman komandalarının məşq etməsi üçün ot sahəsinin tikintisi, idman akademiyası yaradılması və digər mədəniyyət-idman təşkilatının bəzi əsas ehtiyaclarının ödənilməsi üçün lazımi vəsaitin ayrılması üçün əlverişli söz verdi. bələdiyyə elmi-tətbiqi fakültə binasının tikintisi. 1377-ci ildə yaradılmış Ərdəbil bələdiyyəsinin futbol komandası ən populyar komandalardan biri hesab olunurdu və bir vaxtlar ölkənin birinci liqasına və birinci liqa liqasının görkəmli komandalarına yüksəlməyə iddialı idi.
Azərbaycanda bələdiyyə seçkiləri (1999)
Azərbaycanda bələdiyyə seçkiləri (1999) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən ilk seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 1-ci ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Azərbaycan Prezidenti Heydər Əliyev bələdiyyə seçkiləri səbəbi ilə xalqa müraciət etmişdir. == Seçki sistemi == 2 iyul 1999-cu il tarixində Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 1000-dək olan ərazilərdə 7, 1000-dən 5000-dək olan ərazilərdə 9, 5000-dən 10000-dək olan ərazilərdə 11, 10000-dən 20000-dək olan ərazilərdə 13, 20000-dən 50000-dək olan ərazilərdə 15, 50000-dən 100000-dək olan ərazilərdə 17, 100000-dən 300000-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.Seçkilərin keçirilməsi üçün ölkə üzrə ərazi seçki dairələri yaradılmışdır. Ərazi seçki komissiyası seçki gününə ən geci 95 gün qalmış 9 üzvdən ibarət tərkibdə seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarından təşkil edilir. Ərazi seçki komissiyalarının üzvləri heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.
Azərbaycanda bələdiyyə seçkiləri (2004)
Azərbaycanda bələdiyyə seçkiləri (2004) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 2-ci ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilmişdir. Həmin seçkidə 5 illik müddətə seçilmiş bələdiyyə üzvlərinin səlahiyyət müddəti bitdiyi üçün 2004-cü ildə bələdiyyə seçkiləri keçirilmişdir. == Seçki sistemi == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır.
Azərbaycanda bələdiyyə seçkiləri (2019)
Azərbaycanda bələdiyyə seçkiləri (2019) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 5-ci ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == == Seçki sistemi == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır. Bir şəxs birdən çox namizəd üçün imza verə bilər.Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, seçki nəticələri ləğv edilmiş bələdiyyələrdə, habelə yeni yaradılmış, birləşmiş, ayrılmış, yaxud vaxtından əvvəl buraxılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir.
пра́вый штани́шки эски́зный драгоце́нная ико́на кури́ный неэти́чный представля́ть расстара́ться фаши́ствовать футля́рный acquisitive feathery hand-down legger nullipara oestrum stases вилы призрачный процессия раздёрнуть соразмерность тайфун фиглярить